DÇ-2022: ABŞ və Uels yığmaları heç-heçə edib İdman

DÇ-2022: ABŞ və Uels yığmaları heç-heçə edib

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turunda ABŞ yığması Uelslə heç-heçə edib.

"Əhməd bin Əli" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Amerika komandasının heyətində Timoti Vea (36-cı dəqiqə), Uels yığmasının heyətində Qaret Beyl (82, penaltidən) qol vurub. T.Vea Liberiya prezidenti və 1995-ci ilin "Qızıl top" sahibi Corc Veanın oğludur.