“Qarabağ”ın qapıçısı AVRO-2024-də İdman

“Qarabağ”ın qapıçısı AVRO-2024-də

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

Trend-in İdman.biz-ə istinadən xəbər verir ki, o, Gürcüstan yığmasının heyətində bu hüququ əldə edib.

Qonşu ölkənin milli komandası UEFA Millətlər Liqasının pley-offunda Yunanıstandan güclü olub. Qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə qitə çempionatının final mərhələsində çıxış edəcək. Quqeşaşvilinin adı iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmaq şansı qazanmayıb.

Qeyd edək ki, gürcü qapıçı 2021-ci ildən “Qarabağ”da çıxış edir.