“Bayer”in Roma, “Atalanta”nın Marsel sınağı İdman

“Bayer”in Roma, “Atalanta”nın Marsel sınağı

Bu gün Avropa Liqasında yarımfinal mərhələsi start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində iki qarşılaşma keçiriləcək.

Fransada “Marsel” “Atalanta”nı qəbul edəcək. İtaliyanın digər klubu “Roma” öz meydanında mövsümün məğlubedilməzi “Bayer”lə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 9-da baş tutacaq.

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may

23:00. “Marsel” – “Atalanta”
23:00. “Roma” – “Bayer”