İzmirdə PKK əməliyyatı: 5 şübhəli nəzarətə götürülüb Dünya

İzmirdə PKK əməliyyatı: 5 şübhəli nəzarətə götürülüb

İzmir Respublika Prokurorluğu tərəfindən PKK/KCK və YPG/PYD terror təşkilatlarına qarşı aparılan istintaq çərçivəsində 5 Suriya əsilli şübhəlinin terror təşkilatına üzv olduğu və terror təşkilatlarının sosial şəbəkələrdə təbliğat apardıqları müəyyən edilib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir İl Jandarma Komandanlığı Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları, MİT rəhbərlyinin dəstəyi ilə şübhəlilərin ünvanlarına eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 5 şübhəli saxlanılaraq Terrorla Mübarizə Şöbə Müdirliyinə aparılıb.