Rusiyada 71 yaşlı kriminal avtoritet azadlığa buraxıldı Dünya

Rusiyada 71 yaşlı kriminal avtoritet azadlığa buraxıldı

Rusiyada "Şakro Molodoy" ləqəbli 71 yaşlı kriminal avtoritet azadlığa buraxılıb.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd edək ki, əsl adı Zaxari Kalaşov olan "qanuni oğru" 2015-cı ildə "Elements" restoranının sahibəsi Janna Kimdən hədə-qorxu ilə pul tələb olunması və daha sonra atışma ilə cinayət işi üzrə 2016-cı ildə saxlanılıb.

2018-ci ildə məhkəmə Kalaşovu 9 il 10 ay müddətinə azadlıqdan məhrum etmişdi.