786 gündə Rusiyanın Ukraynada itirdiyi - Rəqəmlər Dünya

786 gündə Rusiyanın Ukraynada itirdiyi - Rəqəmlər

Ukrayna müharibənin 786-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 457 830 hərbçi, 7 205 ədəd tank, 13 852 ədəd zirehli döyüş maşını, 11 658 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 762 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 671 ədəd avtomobil texnikası, 9 311 ədəd PUA, 2 096 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 915 xüsusi avadanlıq itirib.

Cavid