"Rusiya qanunu yox!" adlı iki aksiya elan edilib Dünya

"Rusiya qanunu yox!" adlı iki aksiya elan edilib

Hakim "Gürcü Arzusu" partiyasının həyata keçirdiyi mitinqdən sonra "Rusiya qanunu yox!" adlı iki aksiya elan edilib.

QHT-lər və müxalifət saat 12:00 və 19:00-da Parlamentin yaxınlığında "Rusiya qanununa yox!" adlı qarşı iki aksiya keçiriləcəyini bildirib.

Bununla belə "Gürcü Arzusu" aprelin 30-da “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etməyi planlayır.

Cavid