"Lufthansa" Tehrana uçuşların dayandırılması müddətini uzadıb Dünya

"Lufthansa" Tehrana uçuşların dayandırılması müddətini uzadıb

"Lufthansa" aviaşirkəti İranın paytaxtı Tehrana uçuşların dayandırılması müddətini mayın 9-dək uzadıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Qeyd edək ki, daha öncə aviaşirkət Yaxın Şərqdəki vəziyyətlə əlaqədar aprelin 30-dək Tehrana uçuşları dayandırmışdı.