Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər Dünya

Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər

Gürcüstan vətəndaşları mayın 28-dən etibarən Çinə vizasız gedə biləcəklər.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, mayın 28-dən Gürcüstan vətəndaşlarına Çin ərazisinə vizasız daxil olmaq və 30 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir.