Gürcüstanda etirazlar inqilaba gətirib çıxarmayacaq Dünya

Gürcüstanda etirazlar inqilaba gətirib çıxarmayacaq

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası "Xarici agentlər" qanunu növbəti dəfə parlamentin müzakirəsinə çıxarması, müxalifətin etirazları ilə müşahidə olunur. Hakimiyyətin "Xarici agentlər" haqqında qanununa qarşı ABŞ və Avropa İttifaqı sərt mövqeyini ortaya qoyub. Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq hakim "Gürcü Arzusu" partiyası qanunun qəbul edilməsində israrlıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, "Gürcü Arzusu" partiyasının fəxri lideri Bidzina İvanaşvilinin ötən gün Tiflisdə 120 minlik mitinq keçirməsi, bu qanunun müəllifi və prosesin arxasında özü olduğunu mesajını verdi. Məhz 120 minlik mitinqin keçirilməsi, Qərbə əzələ nümayişidir. Həmçinin bununla bağlı hakimiyyət geri çəkilməyəcəyini mövqeyini ortaya qoydu:

"Müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamli mitinq xalqın hakimiyyətin yanında olduğunun mesajını vermiş oldu. Müxalifətin parlament qarşısında 2 minə yaxın etirazçı ilə mitinq təşkil edilməsi, xalqın dəstək verməməsi onun geri çəkilməsinə gətirib çıxaracaq. Bu qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəifəldəcək və ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq.

Bu qanun qəbul edildikdən sonra, Qərblə Gürcüstan hakimiyyəti arasında konfontrasiya müvəqqəti xarakter daşıyacaq. Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək. "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" qanunun Rusiya ilə əməkdaşlıq müstəvisində qəbul edib kimi açıqlamalar əsasən, publikada hakimiyyəti Moskva ilə əməkdaşlıq edir kimi qələmə verməkdən ibarətdir. Gürcü hakimiyyətini gücləndirmək və vətəndaş cəmiyyətini Qərbin təsirlərindən qorumaq üçün bu üsula əl atıb. Qərb Gürcüstanda vətəndaş cəmiyyətini və müxalifəti dəstəkləməsi hakimiyyətin maraqlarına cavab vermir".

Cavid