İsrail Qahirədə Qəzzada atəşkəs məsələlərini müzakirə etməyə hazırdır Dünya

İsrail Qahirədə Qəzzada atəşkəs məsələlərini müzakirə etməyə hazırdır

İsrail Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını müzakirə etmək üçün yaxın günlərdə "Mossad" kəşfiyyatının rəhbəri David Barneanın başçılıq etdiyi nümayəndə heyətini Qahirəyə göndərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri İsrail və Misir mənbələrinə istinadən bildirib.

Nəşr qeyd edib ki, ərəb vasitəçiləri "HƏMAS"ı Rəfahda gözlənilən hərbi əməliyyatdan əvvəl atəşkəs şərtlərini qəbul etməyə təşviq edirlər.