28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
13 İyul 12:44
1 869
“ABŞ və İran arasında gərginliyin yenidən alovlanması gözlənilən idi. Tərəflər arasında razılığın olduğu deyilir. Bütün hallarda bu, yekun sülh deyil və tərəflər müharibənin bitəcəyinə dair xüsusi öhdəlik verməyiblər. Əksinə, hər iki tərəf arasında mübahisəli məqamlar var”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev qeyd edib.
T.Rzayev bildirib ki, İranın uran ehtiyatlarını zənginləşdirməsi və əlində olan ehtiyatları təhvil verməməsi, Hörmüz boğazının statusu ilə bağlı yaranan qeyri-müəyyənlik və ABŞ-nin davamlı sürətdə İsraildən təzyiqlər etməsi, İranla gərginliyin davam etdirilməsinin istənilməsi, həmçinin ABŞ-nin özünün də artıq bu prosesdən geri çəkilə bilməməsi, tərəflər arasında bu tipli toqquşmaların hələ bir müddət də davam edəcəyini deməyə əsas verir: “ABŞ İrana qarşı müdaxilə edə bilmir və həmçinin müttəfiqlərin də bu barədə ətrafa toplaya bilmir. İran tərəfi isə ABŞ-nin şərtləri ilə razı olmur və ümumiyyətlə Vaşinqtonun içində olduğu vəziyyətin çətinliyini başa düşərək tələblərini irəli sürür, yəni maksimalist mövqedən əl çəkmir. Belə olan təqdirdə də hər iki tərəfin fikir ayrılıqlarının davamlılığı, ortaq məxrəcə gələ bilməmələri və vasitəçilərin səylərinin də nəticəsiz qalması bu tipli insidentlərin baş verməsinə gətirib çıxarır”.
Röya İsrafilova
28 Avqust 22:25
581
28 Avqust 21:51
721
28 Avqust 19:05
868