Ermənistanda COVID-19-a yoluxanların sayı 46 mini ötüb Dünya

Ermənistanda COVID-19-a yoluxanların sayı 46 mini ötüb

Ermənistanda son sutka ərzində 150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46119-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 920-a çatıb.