Blinken Tbilisidə baş verənləri çox diqqətlə izləyir Dünya

Blinken Tbilisidə baş verənləri çox diqqətlə izləyir

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "Xatic təsir" qanun layihəsi barədə rəsmi Vaşunqtonun çox narahat olduğunu bildirib.

O, brifinqdə jurnalistin sualını cavablandırarkən deyib ki, Dövlət katibi Entoni Blinken Gürcüstanda baş verən prosesləri diqqətlə izləyir.

ABŞ rəsmisi Gürcüstan hökumət üzvlərinin bu qanunvericiliyin qorunmasına xidmət edən yalan məlumatları pislədiyini qeyd edib.

"Biz Gürcüstanı şübhəli trayektoriyaya salan və Gürcüstanın Avro-Atlantik yolunu təhdid edən və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirən hökumət rəsmilərinin anti-Qərb ritorikasını pisləyirik.

Bu qanun layihəsi hələ də müzakirə mərhələsindədir və mən konkret hansı əks tədbirləri görə biləcəyimiz mövzusunu əlavə şərh etmək fikrində deyiləm.

Biz bu məsələyə nə qədər ciddi yanaşdığımızı dəfələrlə bildirmişik.

Əmin olun ki, dövlət katibi hətta rəsmi səfərdə olarkən də hadisələri diqqətlə izləyir və bu, onun mütəmadi olaraq yeniliklər aldığı bir məsələdir" , - deyə Metyu Millet söyləyib.

Cavid