“Taliban” "kişi" vəzifələrində çalışan qadınlara evdə qalmağı əmr etdi Dünya

“Taliban” "kişi" vəzifələrində çalışan qadınlara evdə qalmağı əmr etdi

Molavi Şəhər Bələdiyyə Başçısı vəzifəsini icra edən Həmdullah Nomani, Kabil şəhər sistemində kişilərin doldura biləcəyi işlərdə çalışan qadınların evdə qalmalı və işə getməməli olduğunu söyləyib.

“Xalq Cəbhəsi” xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, şəhər iqtisadiyyatında 2,9 min insan çalışır. Bunlardan 27% -i rayon rəhbərliyi daxil olmaqla inşaat və mühəndislik sahələrində çalışan qadınlardır.
Bundan əlavə, onun sözlərinə görə, rayonda və mərkəzi aparatda kişilərlə əvəz olunmayan qadın işçilər var: elektrik və tikinti sahəsində çalışırlar.
"Ancaq başqalarının (kişilərin - red.) tuta biləcəyi vəzifələrə gəldikdə, onlara (qadınlara - red.) dedik ki, vəziyyət normallaşana qədər evdə qalın. Maaşları ödəniləcək", deyə bələdiyyə başçısı əlavə edib.

Cavid