Britaniyada koronavirusdan daha 166 nəfər ölüb Dünya

Britaniyada koronavirusdan daha 166 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 34 460 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 530 103 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 166 nəfər, hazırkı dövrədək isə 135 621 nəfər vəfat edib.