Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb Dünya

Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb

Latviyada koronavirusun "omikron" ştammına ilk yoluxma faktları qeydə alınıb.

Trend-in məlumatına görə, yeni variant dekabrın 4-də Riqa hava limanına gəlmiş iki nəfərdə aşkar olunub.

İlkin test zamanı onlarda aşkar edilən virusun "delta" ştammına uyğun olmadığı müəyyən edilib. Daha sonra həyata keçirilən testlər "omikron" variantını aşkar edib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı noyabrın sonunda koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını (omikron) "narahatlıq doğuran variant" hesab edib. Hazırda həmin variantın 40-a yaxın ölkədə qeydə alındığı bildirilib.