

19 Sentyabr 19:40
19 Sentyabr 19:14
Qərb müxtəlif ölkələrdən Rusiya əlehinə istifadə etmək niyyətində olub və bunu edib də. Təəssüf ki, bəzi liderlər Qərbin fitfasına gedərək öz ölkələrini xarabalığa qoydular. Bu gün eyni siyasəti Paşinyan da aparır. Qərbin missiyası bölgədə sülh yaranmasına mane olub Ermənistanı Azərbaycana qarşı müharibəyə cəlb etməkdir. Qərb Ermənistanı Rusiyanın orbitindən çıxarmaq istəyir. Biz Ermənistan rəsmilərinin son zamanlar KTMT əlehinə açıqlamarının da şahidi oluruq. Məqsəd Ermənistanı KTMT - dən çıxarmaqdır. Ancaq Paşinyan Rusiyanın aqressiyasını da hesablamalıdır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.
O, qeyd edib ki, Ermənistan üçün ən məqbul variant Azərbaycanla sülh müqaviləsi imzalayaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq formatını qurmaqdır. Fransa bu məsələdə xüsusi fəallıq edir. Fransa və Ermənistan arasında kəşfiyyat sahəsində əməkdaşlıqla bağlı əldə edilən razılaşmada bu qəbildəndir. Fransa Ermənistanı tək Azərbaycana qarşı yox, eyni zamanda Rusiyaya da qarşı qoyur. Ancaq Ermənistan sabah hansısa çətinliyə düşəndə Fransa ona təbii ki, yardım etməyəcək: "Paris İrəvandan sadəcə olaraq istifadə edir. Paşinyan bunu anlamlı və Azərbaycanla sülh razılıq verməlidir. Sülh müqaviləsinin imzalanmasının gecikməsi regionda ən çox Ermənistanın ziyaninadır".
Cavid