Ukrayna Moldovalı siyasətçilərə qarşı sanksiya tətbiq edib Dünya

Ukrayna Moldovalı siyasətçilərə qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski "Kremlin maraqları naminə Moldovanın sabitliyini pozmağa çalışan" bir qrup siyasətçiyə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb.

APA Ukrayna KİV-ə istinadən xəbər verir ki, sanksiyaların siyahısı Prezident Administrasiyasının saytında dərc olunub.

Zelenski sentyabrın 20-də xalqa müraciətində bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına uyğun olaraq üç yeni sanksiya paketi qüvvəyə minib. Onlardan biri Moldovanı əhatə edir.

“Üç sanksiya paketini imzaladım. Onlar arasında Rusiyaya yardım edən təbliğatçılara, işğal olunmuş ərazilərdə biznes quraraq Rusiya büdcəsini dolduran şəxslərə və Moskvanın maraqları naminə Moldovanın sabitliyini pozmağa çalışan siyasətçilərə qarşı sanksiyalar var. Ukrayna Moldovaya dəstək göstərir və qonşumuzun sabitliyi ilə maraqlanır”, – deyə dövlət başçısı vurğulayıb.