“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
11 Sentyabr 12:23
24 276
“Rusiyanın PUA-larının Polşa hava məkanını pozması təsadüfi bir hadisə kimi qiymətləndirilmir. Əksinə, bu, Moskvanın həm Ukraynaya qarşı müharibə taktikasının bir hissəsi, həm də Avropa dövlətlərinə ünvanlanan siyasi mesajı kimi dəyərləndirilir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq diqqətə çatdırıb ki, Kreml bu cür addımlarla NATO-nun şərq cinahını sınağa çəkmək, Alyansın reaksiyasını ölçmək istəyir: “Polşanın hava məkanına daxil olan “Şahed” tipli PUA-lar faktiki olaraq Rusiyanın Avropa təhlükəsizlik sisteminə meydan oxumasıdır. Bu hadisə Avropa İttifaqının Ukraynaya dəstəyini zəiflətmək və daxili siyasi gərginlik yaratmaq məqsədi daşıyır. Rusiyanın strategiyası aydındır, müharibəni yalnız Ukrayna ilə məhdudlaşdırmır, onu regional böhran səviyyəsinə yüksəltməyə çalışır”.
E.Telmanoğlu əlavə edib ki, Polşa Ukraynaya hərbi və siyasi dəstək göstərən əsas ölkələrdən biridir: “Moskva bu dəstəyin qarşılığında Varşavaya təzyiq göstərmək, onu mümkün qədər ehtiyatlı davranmağa məcbur etmək niyyətindədir. Nəticə etibarilə, Rusiyanın Polşa hava məkanını pozması həm Ukrayna cəbhəsində üstünlük qazanmaq üçün diversiya xarakteri daşıyır, həm də Avropa İttifaqı və NATO-ya açıq siyasi siqnal göndərir. Kreml Qərbin birliyini sarsıtmaq və təhlükəsizlik mühitini qeyri-sabitləşdirmək istiqamətində addımlarını davam etdirəcək. Əslində, Kremlin əsas məqsədlərindən biri Ukraynanı təkləmək siyasətidir”.
Röya İsrafilova
11 Dekabr 23:02
679
11 Dekabr 22:51
763
11 Dekabr 22:44
686