Gədəbəydə dolu kənd təsərrüfatına ziyan vurubHadisə
28 İyun 2022 08:53
1 638
Gədəbəyə leysandan sonra dolu yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, ötən axşam rayonun mərkəzinə və ucqar kəndlərinə diammetri 3-5 sm dolu düşüb.
Dolu kənd təsərrufatına ziyan vurub. Bundan əlavə, bəzi avtomobillərə də zərər dəyib.