Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
Böyük barışıq: Regional güclər ABŞ və İranı necə razı saldı? — DETALLAR
“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
10 May 2025 19:01
2 807
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau kommunasında yerləşən psixi pozğunluğu olan cinayətkarlar üçün xüsusi klinikada üsyan baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında 27 yaşlı, əvvəllər zorakılığa meylli kimi tanınan bir pasiyentin binada dağıntılar törədərək özünü içəri qapatması ilə başlayıb.
Məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə olub və son dərəcə aqressiv davranıb. Mühafizə olunan bir müəssisəyə spirtli içkinin necə daxil olduğu isə hələ də aydın deyil.
Üsyana digər pasiyentlər də qoşulub. Ən azı beş nəfər mebelləri yandıraraq baryerlər qurub. Binada yanğın başlayıb. Klinikada çalışan bəzi işçilər binadan çıxaraq xilas olub, digərlərinin təxliyəsi davam edir. Girov götürülməsi ehtimalı da istisna olunmur.
Hadisə yerinə regionun müxtəlif şəhərlərindən xüsusi təyinatlı polis qüvvələri, o cümlədən girov vəziyyətlərinə müdaxilə üzrə ixtisaslaşmış dəstələr cəlb olunub. Bina ətrafında zirehli texnika yerləşdirilib, xüsusi təyinatlılar helikopterlərlə gətirilir.
Polisin binaya damdan daxil olması üçün mobil rampa ilə təchiz olunmuş xüsusi yük maşını da əraziyə gətirilib.