
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları təşkil olunub.
APA xəbər verir ki, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən tədbirlər şəhərdə yaşıllıq sahələrinin artırılması və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Aksiyalar zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar şəhərin müxtəlif ərazilərində əkilib. Əkilən ağaclara peşəkar səviyyədə aqrotexniki qulluq göstərilib, ərazidə genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb.
Ərazilərin nəzarətdə saxlanılması, eləcə də əkilən ağaclara mütəmadi qulluq göstərilməsi üçün zəruri tədbirlər davamlı şəkildə həyata keçiriləcək.
Aksiyalarda şəhər ictimaiyyəti nümayəndələri, gənclər və könüllülər fəal iştirak ediblər. Onlar Ulu Öndərin ətraf mühitə və yaşıllıqların qorunmasına verdiyi önəmi xüsusi vurğulayaraq, bu kimi aksiyaların gələcək nəsillər üçün də örnək olacağını bildiriblər.