“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 May 17:32
2 520
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə niyə razılaşmadığını mətbuat katibi Dmitri Peksov vasitəsilə izah edib. Kreml sahibinin fikrincə, 30 günlük atəşkəs Ukraynaya Qərb ölkələrinin dəstəyi ilə hərbi arsenalını artırmağa və cəbhə bölgəsindəki döyüşçülərinə istirahət verməyə, o cümlədən onları əvəz etmək üçün yeni qüvvələrin cəlbinə imkan verəcək. Bundan başqa Putin hesab edir ki, Ukrayna atəşkəsdən istifadə edərək genişmiqyaslı səfərbərlik həyata keçirəcək. Deməli, bunlar baş verməsin deyə Kreml 30 günlük atəşkəsə razılaşmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Putinin yanaşmasında qeyri-adi heç nə yoxdur:
“Kiyev atəşkəs vasitəsilə cəbhə bölgəsindəki döyüşçülərinə zəruri istirahət verməyi planlaşdırır. Hərbi arsenalın artırılmasına gəldikdə isə Ukrayna bunu müharibə gedə-gedə də həyata keçirir, bunun üçün 30 günlük atəşkəsə ehtiyac yoxdur. Genişmiqyaslı səfərbərliyi də döyüşlər getdiyi müddətdə həyata keçirmək mümkündür.
Əslində Putinin məntiqi onu göstərir ki, o, davamlı döyüşlər vasitəsilə Ukrayna hərbçilərini yormaq və yeni əraziləri işğal siyasətindən imtina etmək istəmir. Kreml sahibi ona görə ABŞ və Ukrayna prezidentlərinin uzunmüddətli atəşkəs təklifinə razılaşmaq istəmir. Ancaq atəşkəs Rusiyanın özü üçün də lazımdır, Putinin Ukrayna ilə bağlı söylədiyi arqumentlər onun ordusu üçün də keçərlidir. Rusiyanın cəbhə bölgəsindəki döyüşçülərinin də istirahətə ehtiyacı var, çünki komandanlıq onları hər gün ölümün pəncəsinə atır”.
2 Noyabr 11:03
1 470
2 Noyabr 11:02
1 463
2 Noyabr 10:15
1 491