Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ (YENİLƏNİB) Hadisə

Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ (YENİLƏNİB)

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

Azyaşlının it dişləməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki, uşağa ilkin tibbi yardım göstərilib.

"Quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilib.

xxx

17:29

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.