Şabranda ağır yol qəzası baş verib Hadisə

Şabranda ağır yol qəzası baş verib

Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Tayota” markalı minik maşını nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ 21019” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.