Silahlılar daha yüz adamı oğurlayıblar Hadisə

Silahlılar daha yüz adamı oğurlayıblar

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar.

Xarici mətbuatın xəbərinə görə, BMT-nin Nigeriyadakı nümayəndələri deyiblər ki, oğurlanan şəxslər 2 qonşu kəndin sakinləridir.

Qeyd edək ki, Kaduna ştatında martın əvvəlində iki yüzdən çox adam oğurlanıb. Onların taleyi hələ də naməlumdur.

Cavid