Binəqədidə qadının liftdə ölümü ilə bağlı əlaqədar qurumun rəisi işdən çıxarılıb Hadisə

Binəqədidə qadının liftdə ölümü ilə bağlı əlaqədar qurumun rəisi işdən çıxarılıb

Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə Lifttəmir İB məlumat yayıb.

Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.