Ağdaşda ikimərtəbəli evdə yanğın olub Hadisə

Ağdaşda ikimərtəbəli evdə yanğın olub

Ağdaş rayonunun Dəhnəxəlil kəndində ümumi sahəsi 480 m² kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 240 m²) olan 6 otaqlı evin çardağının taxta atmaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.