Xankəndidə silah-sursat aşkarlandı Hadisə

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.