NATO müttəfiqlərini Rusiyaya qarşı hazırlayır Hadisə

NATO müttəfiqlərini Rusiyaya qarşı hazırlayır

Rusiya Xarici İşlər Nazirliyi RİA Novosti-yə bildirib ki, NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır.

Rumıniya hakimiyyəti bundan əvvəl Konstansa vilayətindəki Mixail Koqalniçeanu aviabazasının modernləşdirilməsinə 2,5 milyard avro sərmayə qoymağa hazır olduqlarını bəyan etmişdi. Bazada 10 min hərbçinin ailələri ilə birlikdə yerləşəcəyi hərbi şəhərcik yaranacaq və şəhər infrastrukturunun yaradılması planlaşdırılır. Gələcək hərbi şəhərciyin cənub hissəsində işlərə başlanılıb, burada indi giriş yolları və güclü elektrik şəbəkəsi tikilir.

TVR İnfo kanalı qeyd edib ki, aviabazanın modernləşdirilməsi 2040-cı ilə qədər onu Avropadakı ən böyük NATO bazasına çevirməyə imkan verəcək. ABŞ qoşunları bu bazadan 1999-cu ildən istifadə edir. “Rumıniya aviabazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun cilovsuz hərbiləşdirilməsini davam etdirdiyinə bir daha sübutdur”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

"NATO üzvlərinin bu cür fəaliyyəti təxribat xarakterlidir, sərhədlərimizin perimetri boyunca hərbi gərginliyi artırır və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır. Bütün bunlar blokun müttəfiqlərini ölkəmizlə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır”, - nazirlik vurğulayıb.

Cavid