"Crocus City Hall”dakı terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb Hadisə

"Crocus City Hall”dakı terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

“Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi sxemində iştirak edib.
“İstintaq məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verəcək”, - məlumatda bildirilib.