Cəlilabadda mebel sexində yanğın olub Hadisə

Cəlilabadda mebel sexində yanğın olub

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 2000 m² olan mebel istehsalı sexinin tavanı 4 m² sahədə və 1 ədəd hava təmizləyici qurğu yanıb. Mebel sexi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.