Göyçayda yol qəzası olub, xəsarət alanlar var Hadisə

Göyçayda yol qəzası olub, xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarında olan divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.