Serbiya və Monteneqro müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar Hadisə

Serbiya və Monteneqro müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar

Serbiya və Monteneqronun müdafiə nazirliklərinin nümayəndələri ötən gün 2024-cü il üçün hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın "Politika" qəzeti Monteneqronun Müdafiə Nazirliyinə istinadən bildirib.

"Saziş hərbi tibb sahəsində əməkdaşlığı və nüvə, bioloji və kimyəvi müdafiə sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur", - deyə qeyd olunub.
Bildirilib ki, iki qonşu ölkənin müdafiə sektorunda həm ikitərəfli səviyyədə, həm də regional təşəbbüslər səviyyəsində əməkdaşlıq imkanları var.