Ucarda məktəb binasında yanğın Hadisə

Ucarda məktəb binasında yanğın

Ucarda orta məktəb binasında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.