“Vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?” Hadisə

“Vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?”

“Heç bir bələdiyyənin məktəbi, peşə liseyi, idman klubu yoxdur. Çünki bələdiyyələrin pulu yoxdur”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Fazil Mustafa səsləndirib: “Biz bələdiyyələrə əhali sayı prinsipi ilə yox, büdcəsindəki vəsait meyarı ilə baxmalıyıq. Məsələn, büdcəsində 1 milyon manatdan az vəsait olan şəhər bələdiyyələri, 500 min manatdan az olan rayon və kənd bələdiyyələrinin fəaliyyəti məqsədəuyğun sayılmasın. Çünki vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?”