“Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər” Hadisə

“Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər”

“Uşaq cinayətləri artmaqdadır. İstəsən də, istəməsən də uşaqlar dərslərdən yayınır, yuxarı sinif şagirdləri hazırlığa gedirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Fazil Mustafa səsləndirib: “Digər tərəfdən, sosial aktivlik, idman zalları, musiqi kimi sahələr də bölgələrdə əlçatan deyil. Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər. Düşünürəm ki, bu durumda təşəbbüsü bələdiyyələr üzərinə götürməlidir. Qardaş Türkiyədə belə məsələləri bələdiyyələr həll edir”.