DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb Hadisə

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Bu ilin mart ayı ərzində 3,6 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 59,6 faizini kişilər, 40,4 faizini isə qadınlar təşkil edib.