Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb - FOTO Hadisə

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb  - FOTO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlara səbəb olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, yağıntı səbəbilə Xram və Debet çaylarının daşması nəticəsində kommunikasiya xətləri, yol infrastrukturu zədələnib, evlərin zirzəmiləri, təsərrüfat sahələri su altında qalıb.

Sel nəticəsində bir sıra yaşayış məntəqələrində körpülər dağılıb, qaz və işıq xətləri zədələnib.

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb - FOTO