Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
14 İyun 2024 18:12
4 137
Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhə dair şərtlər irəli sürə bilməz.
APA xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-nun mənzil qərargahında jurnalistlərə bildirib.
O, Kreml rəhbərinin Ukrayna ordusunun öz ərazilərini tərk etməli olduğu ilə bağlı tələbini ağlasığmaz adlandırıb.
Pentaqon rəhbəri müharibəyə son qoyulması üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmalı olduğunu vurğulayıb.
Ostin həmçinin müttəfiqləri rəsmi Kiyevə silah-sursat təchizatını sürətləndirməyə çağırıb.
ABŞ müdafiə naziri Putinə məsləhət görüb ki, müharibənin başa çatması üçün Rusiya ordusunu Ukraynanın suveren ərazilərindən tamamilə çıxarsın.
Qeyd edək ki, bir qədər əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Vladimir Putin Ukrayna tərəfini qoşunları Donetsk, Luqansk və Xerson ərazilərindən çıxarmağa çağırıb. Kremlin başçısı vurğulayıb ki, müharibə yalnız bu tələb yerinə yetirilərsə, dayandırıla bilər.
12 Sentyabr 13:19
833
12 Sentyabr 11:52
882
12 Sentyabr 11:19
910