9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Merz və Modi Aİ ilə Hindistan arasında azad ticarət sazişinin imzalanmasını dəstəklədilər
Polşada ABŞ-nin yeni daimi bazasında 5 min hərbçi yerləşdirilə bilər
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini elan edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
17 İyun 2024 13:15
4 207
İyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.