Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur - FOTO Hadisə

Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur - FOTO

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur.

Trend xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 25-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumilikdə 154 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilib, 4 nəfər isə cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Eləcə də sərəncamın şamil olunduğu məhkumlardan 8 əcnəbi vətəndaş əfv edilib. Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur (FOTO)

Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur (FOTO)

Əfv sərəncamı qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur (FOTO)