ADAU-da Zəfər Günü qeyd edilib Hadisə

ADAU-da Zəfər Günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zəfər bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ADAU-nun rektoru İbrahim Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, , Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztütk, universitetin pedaqoji kollektivi, tələbələr və qonaqlar iştirak ediblər.
Tədbirdə ilk çıxış edən İ.Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistanın üzərində möhtəşəm qələbəsi xalqımızın 28 illik həsrətinə son qoydu, tarixə yazıldı.
Daha sonra Gəncə şəhər İcra hakimiyyətinin başçısı və Türkiyənin Gəncədəki baş konsulu, universitetin İkinci Qarabağ savaşının qaziləri çıxışlar ediblər. Onlar da bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Tədbir universitet tələbələrinin vətənpərvərlik ruhlu şeir və mahnıları ilə davam edib.

Cavid