Məşhur rejissora Böyük Britaniyada cəngavər rütbəsi veriləcək Mədəniyyət

Məşhur rejissora Böyük Britaniyada cəngavər rütbəsi veriləcək

Məşhur rejissor Kristofer Nolana kino sahəsində xidmətlərinə görə cəngavər rütbəsi veriləcək.

Trend-in məlumatına görə, bu barədə "The Daily Mirror" qəzeti Böyük Britaniya hökumətinin sənədlərinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, 53 yaşlı rejissora cəngavər bakalavr rütbəsi veriləcək və ona fəxri “cənab” prefiksi veriləcək. K.Nolanın həyat yoldaşı, prodüser Emma Tomasın öz növbəsində Britaniya İmperiyası Ordeninin xanım komandor tituluna layiq görüləcəyi qeyd olunub.