Qara Qarayevin 100 illiyi qeyd edilib Mədəniyyət
- 6 Fevral 2018 15:29
- 11 235
Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
Dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev dahi bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə adlandırıb: "Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və qəddarlıq, sədaqət və xəyanət barədə düşündürüb, eyni zamanda, bu sənətin bəşəri mahiyyəti, milli və coğrafi sərhədlər tanımaması, irqindən, dinindən asılı olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol tapması bizi həmişə olduğu kimi fərəhləndirib, qürurlandırıb. Mən həyatımda Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az adama rast gəlmişəm. O, klassik dünya ədəbiyyatına da, müasir, yəni XX əsr ədəbiyyatına da dərindən bələd idi, söhbətlərində tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. Heminqueyi xüsusi qeyd edirdi, Sabiri və Mirzə Cəlili yüksək qiymətləndirirdi. Onun dünyagörüşü olduqca geniş və zəngin idi. Biz tez-tez bu məlum və haqlı fikirlə razılaşırıq ki, "böyük sənətkarlar ölmür, onlar həmişə yaşayır" və bu mənada Qara Qarayev xoşbəxt sənətkardır. Ancaq o, yalnız xoşbəxt sənətkar, xoşbəxt bəstəkar deyil, həm də xoşbəxt pedaqoqdur. O, yalnız öz əsərlərində yaşamır, eyni zamanda, tələbələrinin Azərbaycanda da, dünyanın bir çox səhnələrində, konsert salonlarında səslənən musiqilərində yaşayır və bu, əlbəttə, onun ruhunu şad edir".
Qara Qarayevin hələ yeniyetmə çağlarında Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil aldığını bildirən xalq yazıçısı deyib ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə ötürüblər və ötürürlər. Həmin sənət estafeti nəsillərdən-nəsillərə keçərək, daha artıq bəşəri vüsət əldə edir.
Yubiley mərasimində əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün "Qoya" simfoniyası (3 hissədə) səsləndirilib.

- 12:24
- 1 001
- 26 Aprel 15:49
- 1 596
- 26 Aprel 14:37
- 1 547
-
ƏHD Partiyası Göyçay rayon təşkilatının sədri vəfat edib - Başsağlığı
-
Qırğız Mədəniyyəti Günləri başa çatıb
-
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
-
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb
-
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib
-
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
-
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
-
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb
-
Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
-
Yanvar-mart aylarında Portuqaliyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir
-
Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev
-
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər - FOTO
-
Premyer Liqada XXXII turun hakimləri açıqlanıb
-
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
-
Paytaxtın bu şosesində təmir aparılır
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
-
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
-
Zelenski Silahlı Qüvvələrin Dəstək Qrupunun komandanını vəzifəsindən azad edib
-
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
-
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
-
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb
-
Erməni deputat: Qazaxla sərhədin delimitasiyası texniki cəhətdən başa çatıb
-
Ştaynmayer Prezident İlham Əliyevi qarşılayıb
-
Regionda sülh və sabitliyin təmin olunmasına çalışırıq – Ərdoğan
-
Bakının bir rayonunda qaz kəsiləcək
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
-
Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - FOTO
-
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir
-
Energetika və nəqliyyat sahələrinin böyük potensialı var
-
Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır
-
Blinken Rusiyaya dəstəklə bağlı Çinə xəbərdarlıq edib
-
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
-
Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb - Xanlar Vəliyev
-
Körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır
-
Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilir - FOTO
-
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
-
“Ay uğrunda rəqabət güclənib”
-
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
-
“Hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”
-
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
-
Prezident İlham Əliyev: COP29 qarşıdurma meydanı olmayacaq
-
Alman şirkətləri Azərbaycanda BEM sahəsində layihələr üzrə əməkdaşlıq etməyə hazırdır - Olaf Şolts
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
-
Ənənəvi yanacaq ixrac edən ölkələrin iqlim dəyişikliyi üzrə tədbirlər keçirməsi yaxşıdır - Olaf Şolts
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
-
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası başlayıb
-
"Vizasız rejim ləğv edilməyəcək"
-
Prezident İlham Əliyev: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
-
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
-
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib
-
Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Olaf Şolts
-
Prezident İlham Əliyev: Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır