Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycan əməkdaşlığı səbirsizliklə gözləyir İqtisadiyyat

Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycan əməkdaşlığı səbirsizliklə gözləyir

Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının "yaşıl diplomatiya" ilə bağlı nəticələrində qeyd edilib.

"Şura Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyinə görə təşəkkür edir və BƏƏ konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün tərəfdaşlarla, o cümlədən, “üçlük”lə - Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP sədrləri - Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir.
Şura partnyorları tullantıları azaltmağın ən səmərəli və sərfəli üsul kimi karbon qiymətlərinin müəyyən edilməsinə dair qlobal yanaşmanın hazırlanmasında Aİ ilə işləməyə dəvət edir", - deyə əlavə olunub.