“Faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var” İqtisadiyyat

“Faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var”

“Mərkəzi Bank orta və uzun müddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu maliyyə qərarları baxımdan da vacibdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib: “Bu baxımdan, qısa və orta müddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var.
Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33.16 milyon manat artıb”.