“Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə...” İqtisadiyyat

“Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə...”

“Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O, bildirib ki, dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da artım qeydə alınıb: “Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır: “Bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir”.