Azərbaycanın 2023-cü il üzrə ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb İqtisadiyyat

Azərbaycanın 2023-cü il üzrə ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb

2023-cü ildə Azərbaycanın ödəniş balansının cari əməliyyat hesabının profisiti 8,3 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

Onun sözlərinə görə, bu göstərici 2022-ci illə müqayisədə 64,7 faiz azdır.

"Ötən ilin nəticələrinə əsasən, ödəniş balansının cari əməliyyat hesabının profisiti 8,3 milyard ABŞ dolları olub ki, bu da ümumdaxili məhsulun (ÜDM) 11,5 faizini təşkil edir", - deyə o bildirib.

Xəbər yenilənəcək